AİLƏ ÜZVLƏRİNİZ BİZƏ ƏMANƏT...

AİLƏ ÜZVLƏRİNİZ BİZƏ ƏMANƏT...

Şəhidlərimizin ailə üzvləri və qazilərimiz təmənnasız
stomatoloji xidmətlərdən yararlana bilərlər.
BORCUZUMUZU QİSMƏN DƏ OLSA ÖDƏYƏK!

BORCUZUMUZU QİSMƏN DƏ OLSA ÖDƏYƏK!

Stomatoloq və diş texnikləri qeydiyyatdan keçib,
könüllü olaraq şəhid və qazilərimizə dəstək ola bilərlər.
SİZƏ BORCLUYUQ!

SİZƏ BORCLUYUQ!

İndi isə bizim qayğı göstərmək zamanımızdır.

"STOMATOLOJİ DAYAQ" LAYİHƏSİ

HAQQIMIZDA

Dayaq Xeyriyyə Cəmiyyətinin 2017-ci ildə təsis etdiyi «Stomatoloji Dayaq» layihəsinin məqsədi qayğıya ehtiyacı olan imkansız ailələrə təmənnasız stomatoloji xidmətlərin göstərilməsidir. Könüllü stomatoloq (68 nəfər) və diş texniklərindən (29 nəfər) ibarət komanda ilə 75 nəfər ehtiyaclı insana müxtəlif növ (məlumat bölməsində ətraflı tanış ola bilərsiniz) xidmət göstərilmişdir.
İndi isə Vətən müharibəsində xalq üçün canından keçən şəhidlərimizin əmanəti olan ailə üzvlərinə, eləcə də əlillik dərəcəsi olan qazilərimizə əlimizdən gəldiyi qədər qayğı və diqqət göstərmək üçün səfərbər olmuşuq.

MƏQSƏDİMİZ

Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizə və qazilərimizə heç vaxt qaytara bilməyəcəyimiz borcumuzu nəzərə alaraq, «Stomatoloji Dayaq» layihəsi qarşısına yeni missiya qoyur. Bu məqsədlə şəhidlərimizin ailə üzvlərinə və əlillik dərəcəsi olan qazilərimizə təmənnasız olaraq stomatoloji yardım layihəsinə start verilir.
Layihədə iştirak etmək üçün şəhidlərimizin ailə üzvləri və qazilərimiz olan pasiyentlər Müraciət formasını dolduraraq, layihəmizin təklif etdiyi təmənnasız stomatoloji xidmətlərdən yararlana bilərlər.
Həmçinin stomatoloq və diş texnikləri Qeydiyyat formasını dolduraraq, layihəyə könüllü qoşula bilərlər.
Hər iki tərəf arasında koordinasiyanı “Dayaq” Xeyriyyə Cəmiyyəti həyata keçirəcəkdir. Müraciət edən pasiyentlər təyinatı üzrə uyğun həkim və texniklərə yönəldiləcəklər.

HƏKİM VƏ TEXNİKLƏRİN QEYDİYYATI

Hansı sahədə yardım edə bilərsiz? *
Foto portret şəklinizi yükləyin *

PASİYENTLƏRİN MÜRACİƏTİ

Layihə üzrə kateqoriya *
Müalicə olunacaq şəhid və ya qazinin ailə üzvü *
Pasiyentin şəxsiyyət vəsiqəsinin ön tərəfinin şəkilini yüklə *
Pasiyentin şəxsiyyət vəsiqəsinin arxa tərəfinin şəkilini yükləyin *
Şəhidliyi və ya Qaziliyi təsdiq edən sənədin fotosunu yükləyin *


TƏRƏFDAŞLAR

Miradent
Denteca
NeoBiotech
CaspiDent
ADENTTA
Vitta
Armada
Odontos
Limon dental
VİP dental


HƏKİM VƏ TEXNİKLƏRİMİZ

263 NƏFƏR


QALEREYA

HAMISI
LAYİHƏLƏR
TƏDBİRLƏR
EMOSİYALAR


HESABAT

Bu rəqəmlər Stom Dayaq layihəsi çərçivəsində göstərilən təmənnasız könüllü stomatoloji xidmətlərin statistikasıdır. (hər həftə yenilənir)



320

PASİYENTLƏR



383

DİŞ MÜALİCƏSİ



319

DİŞ BƏRPASI



81

RENTGEN MÜAYİNƏLƏRİ



118

TOTAL PROTEZLƏR



758

KERAMİKA QAPAQLAR



324

CƏRRAHİ PROSEDURLAR



32

ORTODONTİK APARATLAR

«Stomatoloji Dayaq» layihəsi © 2020. Bütün hüquqlar qorunur